AFFA “Kəpəz”i cəzalandırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə qərarı qurumun İntizam Komitəsi verib.
Gəncə təmsilçisi I divizionun XXI turunun “Turan Tovuz”la görüşündə (2:3) baş verənlərə görə cərimələnib.
Buna azarkeşlərin üzərində baş məşqçi Yaşar Vahabzadəni nəzərdə tutaraq “Nəticələriniz gözümüzü YAŞARdır” pankartı qaldırması səbəb olub.
“Kəpəz” azarkeşləri tərəfindən icazəsiz pankart açıldığına görə 160 manat cərimələnib.

