Sabiq milli üzvü "Turan Tovuz"a keçir? - SON DURUM

15 Aprel 2022 22:40 I Divizion 3 663
Sabiq milli üzvü "Turan Tovuz"a keçir? - SON DURUM

Növbəti mövsüm Premyer Liqaya yüksələcəyi gözlənilən "Turan Tovuz" bir neçə təcrübəli sima ilə danışıqlara start verib.

Onların arasında adı keçənlərdən biri də milli komandamızın sabiq yarımmüdafiəçisi Əfran İsmayılovdur.

Hazırda "Səbail"də çıxış edən İsmayılov isə sabiq komandasına qayıdışla bağlı qərar verməyə hələ tələsmir. Bunun bir neçə səbəbi var.

Əvvəla qərb təmsilçisinin Premyer Liqaya yüksəlməsi hələ dəqiqləşməyib.

Hətta bu dəqiqələşsə belə, 32 yaşlı oyunçu ilk öncə hazırkı çalışdırıcısı Aftandil Hacıyevlə məsləhətləşəcək. Gənc mütəxəssisin verəcəyi qərar futbolçu üçün önəmli rol oynayacaq.

Tovuz təmsilçisi Əfran İsmayılov üçün tanış məkandır. O, 2008-09 mövsümünü "Turan"da keçirib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti