«Klubumuzun maliyyə durumu yaxşıdır, heç kimdən və heç nədən narazı deyilik».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Xan Lənkəran»ın baş məşqçisi İbrahim Uzunca deyib.
Region Liqasında mübarizəni pley-off mərhələsində mübarizəni davam etdirən cənub komandasının türkiyəli çalışdırıcısı maddi cəhətdən təminatın qaydasında olduğunu bildirib:
«Kaş hər rayonda belə klub olsun! Masallının, Qusarın, Cəlilabadın, Şəkinin, Yevlaxın və digər rayonların da öz «Xan Lənkəran»ı olmalıdır.
Mən bunu çox istəyirəm. Rəhbərliyimiz kluba hərtərəfli qayğı göstərir. Bütün işləri vaxtında həll edirlər.
Haqqımızda yayılan söz-söhbətlərə inanmayın. Məqsədimiz Region Liqasında çempion olmaqdır. İnşallah, hədəfimizə çatmaq üçün sonadək mübarizə aparacağıq.
Bugünədək öhdəliklər vaxtında yerinə yetirilib. Rəhbərliyin mənə və futbolçulara heç bir borcu yoxdur.
Klubun idarəçiləri çox mədəni və futbolu bilən insanlardır. Onlar hər gün bizimlədir, lazım olan dəstəyi də verirlər».

