Divizionda ara qarışdı, baş məşqçini hədələdilər – Qalmaqala səbəb olan İKİ VİDEO

14 Aprel 2022 09:40 I Divizion 934
Divizionda ara qarışdı, baş məşqçini hədələdilər – Qalmaqala səbəb olan İKİ VİDEO

I Divizionda XXI tura yekun vurulub.

Turun mərkəzi matçında "Turan" Tovuzda "Kəpəz"i qəbul edib.

Qərb derbisi ev sahiblərinin 3:2 hesablı qələbəsiylə başa çatıb. Xallarını 24-ə yüksəldən "Turan Tovuz" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. "Kəpəz" isə 28 xalla 8-ci yerdədir.

“Kəpəz"in azarkeş qrupu olan "Kəpəz Ultras” bu görüşdə baş məşqçi Yaşar Vahabzədənin istefasını tələb edib. Fanatlar uğursuz çıxışları səbəbindən "Nəticələriniz gözümüzü yaşardır" şüarı yazılmış pankart açıblar.

Fanatlar oyun ərzində 62 yaşlı mütəxəssisin ünvanına "istefa" şüarları səsləndiriblər. O isə fasiləyə yollanarkən həmin fanatların olduğu tribunaya üz tutaraq öncə əl çalıb, ardınca isə barmaq silkələyib.

Onun bu addımı tərəfdarları daha da qəzəbləndirib. Bundan sonra baş məşqçiyə yönəlik daha sərt şuarlar səsləndirilib.

"Kəpəz"in azarkeşləri bundan əvvəl Gəncədə "Keşlə-2"yə 0:2 hesabı ilə uduzduqları ev oyunundan sonra Y.Vahabzadəni istefaya səsləmişdilər.

Budəfəki çağırış insidentlə müşayət olunub. qonaq tərəfdarlar Tovuzdakı matçın ardından baş məşqçi ilə mübahisəyə aydınlıq gətirməyə cəhd göstərib.

Vahabzadə onlara pis reaksiya göstərməkdə davam edib. Belədə fanatlardan bir neçəsi ona yaxınlaşməğa çalışaraq, sərt şəkildə xəbərdarlıq ediblər.

Bildiriblər ki, bundan sonra Gəncədə işləməyi ağlının ucundan keçirməsin, imkan verməyəcəklər.

Söhbət bu erdə daha da qızışıb, tərəflər dava-dalaş həddinə çatıb. Yaxınlıqdakı şəxslərin köməyi ilə aranı çətinliklə də olsa, sakitləşdirmək mümkün olub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti