“Qəbələ“lilər bu rayona getməyə peşman oldu - VİDEO

14 Aprel 2022 10:20 I Divizion 748
“Qəbələ“lilər bu rayona getməyə peşman oldu - VİDEO

I Divizionda XXI turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, “Qəbələ -2” səfərdə “Zaqatala” ilə qarşılaşıb.

İlk yarıda qapısında qol görən Famil Xəlilovun yetirmələri hesabda tarazlıq yaradıb. Aqil Nəsibov meydan sahiblərini məyus edib. İ

kinci hissədə fəallığı artıran zaqatalalılar daha 4 top vurub. Beləliklə, “qırmızı-qaralar” səfərdə 1:5 hesabı ilə məğlub olub. 20 oyunda 29 xal toplayan “Qəbələ-2” turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

“Zaqatala” – “Qəbələ-2” 5:1

Qollar: Mahmud Məmmədov, 33; Kənan Müslümov, 51; Əsədulla Heydərov, 62; İbrahim Camalov, 77; Hümbət Ələkbərov, 80 // Aqil Nəsibov, 37

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?