Divizionda QALMAQAL - baş məşqçi fanatlara elə jest etdi ki... VİDEO+FOTO

13 Aprel 2022 17:00 I Divizion 1 335
Divizionda QALMAQAL - baş məşqçi fanatlara elə jest etdi ki... VİDEO+FOTO

Birinci Divizionun 23-cü turunun "Turan Tovuz" - "Kəpəz" arasında baş tutan görüşdə qalmaqal yaşanıb.

Belə ki, ilk hissədə 1-2 uduzan qonaq komandanın azarkeşləri baş məşqçi Yaşar Vahabzadəni növbəti dəfə istefaya səsləyiblər.

Ümumiyyətlə, matç başlayandan istefa şuarları eşidilməyə başlanıb.

Qərb derbisində qalmaqal - baş məşqçi fanatlara elə jest etdi ki... - VİDEO

Təcrübəli mütəxəssis isə fasiləyə yollanarkən həmin fanatların olduğu tribunaya üz tutaraq öncə əl çalıb, ardınca isə barmaq silkələyib.

Onun bu addımı tərəfdarları daha da qəzəbləndirib. Bundan sonra baş məşqçiyə yönəlik daha sərt şuarlar səsləndirilib.

Qərb derbisi isə sonda meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti