Birinci Divizionun son turunun "Zaqatala" - "Qəbələ-2" qarşılaşmasında azarkeş izdihamı yaşanıb.
Belə ki, matçı izləmək üçün çox sayda fanat tribunalara üz tutub.
Rəsmi rəqəmlərdə meydan sahiblərinin darmadağınla (5:1) qələbə qazandığı görüşü 1000 nəfər izlədiyi yazılıb. Amma bilet satışı olmadığı üçün sayın daha çox olma ehtimalı yüksəkdir.
Yerli tərəfdarların sıradan bir matça belə maraq göstərməsini həm də AFFA-nın komandanı Premyer Liqaya buraxmamasına etiraz kimi də qarşılamaq olar.
Hər halda mövsümün böyük hissəsi arxada qalıb. Və bu müddətdə "Zaqatala"nın oyununu ən yaxşı halda 350-400 nəfər izləyib. Sayın birdən - birə 2-3 dəfə artması təsadüf ola bilməz.
Yerli fanatların kağız parçasına yazdıqları "Zaqatala" Premyer Liqaya layiqdir" sloqanı da ehtimallarımızı təsdiqləmiş olur. Bunu AFFA-ya ünvanlanan etiraz mesajı da saymaq olar.
XANOĞLAN / SPORTİNFO.AZ

