"Mənim istefa verib getmək fikrim yoxdur" – Klub prezidenti

13 Aprel 2022 22:20 I Divizion 1 182
"Mənim istefa verib getmək fikrim yoxdur" – Klub prezidenti

«Mənim istefa verib getmək fikrim yoxdur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zaqatala»nın prezidenti Musa Qurbanov deyib.

AFFA-nın «Kəpəz» və «Turan Tovuz»u Premyer Liqaya qəbul etməyə hazırlaşıb, onun rəhbəri olduğu klubu I Divizionda saxlamasından məyusluq hissi keçirən tanınmış funksioneri dinləyək:

«Biz də növbəti mövsümdə Premyer Liqada mübarizə aparmaq istəyirdik. Baza və azarkeş olaraq buna çoxdan hazırıq.

AFFA klubumuzu daha 1 il Premyer Liqadan kənarda saxlamağı lazım bildisə, daha nə demək olar…

Ruhdan düşmürük. Əvvəlkitək öz mübarizəmizi aparacağıq.

Neçə ildir bu klubun prezidentiyəm. Başladığımız işləri davam etdirmək əzmindəyik».

Digər Xəbərlər
Xəbər Lenti