Gəncədə görüş keçirildi və fanatlara söz verildi ki...

12 Aprel 2022 23:40 I Divizion 985
Gəncədə görüş keçirildi və fanatlara söz verildi ki...

Növbəti mövsüm Premyer Liqaya qaytarılacağı gözlənilən "Kəpəz"in Birinci Divizionda işləri heç də yolunda getmir.

Komanda son iki turda məğlubiyyət yaşayıb.

Öncə səfərdə ötən mövsümün qalibi olan "Neftçi-2"yə uduzan kollektiv ardınca doğm meydanda "Keşlə-2"dən məğlubiyyət aldı - 0:2.

Sonuncu görüşdəki uğursuzluq azarkeşlərin də səbr kasasını daşırmış və onlar matçın gedişində futbolçu və məşqçilərə səslənərək komandadan getmələrini tələb etmişdilər.

Çıxılmaz durumda qalan futbolçular oyundan sonra narazı fanatlarla görüş keçiriblər. Görüşdə fanatların narazılığının normal qarşılandığı bildirilib.

Bundan başqa, oyunçular azarkeşlərə söz veriblər ki, qarşıdakı turlar hər şey tam fərqli olacaq. Qələbə üçün meydanda hər şey edəcəklərini və onları sevindirməyə çalışacaqlarını söz veriblər.

"Kəpəz" növbəti tur çərçivəsində sabah "Turan Tovuz"un qonağı olacaq.

Tərəfdarlar futbolçulara sabahkı tarixi derbidə onları yalnız qələbə qane edəcəyini bildiriblər. Ancaq bu halda futbolçularla münasibətlər yumuşala bilər.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti