“AFFA klubumuzu Premyer Liqaya buraxmamaq üçün bəhanə gətirir”

11 Aprel 2022 21:00 I Divizion 1 343
“AFFA klubumuzu Premyer Liqaya buraxmamaq üçün bəhanə gətirir”

“Bu açıqlamadan sonra məndə şübhə yarandı kı, bəlkə biz doğrudan da, AFFA-ya müraciət etməmişik.

Fikirləşdim ki, qoy bir də dəqiqləşdirim”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zaqatala”nın prezidenti Musa Qurbanov deyib.

Bilindiyi kimi, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Premyer Liqanın gələn mövsümü ilə bağlı yeni açıqlama verib.

O bildirib ki, I Divizionda mübarizə aparan bölgə təmsilçilərindən "Turan Tovuz" və "Kəpəz" Lisenziyalaşdırma Komitəsinə müraciət edib, "Zaqatala" isə sənədlərini göndərməyib:

«Strategiyamıza uyğun olaraq Premyer Liqaya iki komandanın gəlməsini planlaşdırırıq. Nöbəti illərdə bu sayı artırmağı düşünürük.

Biz qeyri-peşəkar yanaşsaq, dərhal 6 komandanı Premyer Liqaya daxil edə bilərik. Amma bu, stabil olmayacaq. Ona görə də gərək stabil şəkildə inkişaf edək.

Növbəti mövsümdə Premyer Liqaya yüksələn komandaların sayı ikidən az ola bilər? Təbii ki, risklər hər zaman böyükdür. Riskləri azaltmaq üçün katiblik bu işə baxır».

M.Qurbanov isə əsl həqiqəti bu cür açıqlayıb:

“Araşdırdım və mənə bir daha məlum oldu ki, klubumuz tərəfindən AFFA-ya müraciət məktubu göndərilib. Mən bilmirəm icraçı vitse-prezident niyə belə deyib.

Lisenziyalaşdırma şöbəsinin əçəkdaşlatı yanvar-fevral aylarında Zaqatalada olanda, iştirak üçün nüraciəti elə yerindəcə onlara etmişik.

Qalan sənədləri də onlayn şəkildə federasiyaya göndərmişik. Hər il nə göndərirdiksə, yenə onu göndərmişik.

AFFA keçən illərdə bizə hər dəfə bildirirdi ki, göndərilən sənədlər yetərli deyil. Çünki klubumuzun maliyyə qaynağı yoxdur.

Sponsor tapa bilmirik ki, deyək, maliyyə mənbəyimiz filan şəxsdir, yaxud filan şirkətdir. İndi bilmirəm AFFA bu işə hansı prinsiplə yanaşır.

Yenə deyirəm, biz sənədləri ora göndərmişik. Sənədlərin qəbul olunub-olunmaması isə başqa söhbətdir.

Elxan Məmmədovun deməyi ki “Zaqatala” müraciət etməyib, bu, doğru deyil. AFFA-nın lisenziyalaşdırma şöbəsi ilə əlaqə saxlamişam,

Mənə gah dedilər ki, müraciət etmisiz, amma lisenziyalaşdırma sənədləri sənədlərini təqdim eləməməsiz, gad da dedilər, lisenziyalaşdırma sənədlərini göndərmisiz, amma orada müəyyən çatışmazlıqlar var. konkret demədilər ki, filan sənəd yoxdur.

Guya auditdən keçməmişik. Halbuki auiditi elə AFFA-nın özü edir. Biz kənardan audit çağırmırıq. Bir sözlə, bəhanə gətirirlər.

Burada nə var axı, bir kəlmə de ki, bu il yenə Premyer Liqadan kənarda qalacaqsız.

İdman prinsipləri əsas götürülsə, birincə elə “Qaradağ Lökbatan” gəlməlidir Premyer Liqaya. Onlar hamıdan bir baş üstün oynayır.

AFFA infrastrukturu əsas götürsə, üstünlüyü “Zaqatala”ya verməli idi. Divizionda cəmi 5 klub var, onların da şəraitini müqayisə etsək, “Zaqatala” heç kimdən geri qalmır.

Mənə də maraqlıdır ki, Elxan Məmmədov niyə müraciət etmədiyimizi deyir. Hamımız bilirik ki, Premyer Liqada çıxış etmək məsələsi klubların yox, AFFA-nın öz istəyi ilə həll olunur.

Kimi uyğun görürlərsə, ona da deyirlər ki, sən sənədlərini hazırla. Maliyyə dəstəyi AFFA-dan olacaqsa, bizim kimi komandalar Premyer Liqada çıxış edəcək.

Maliyyə dəstəyi oradan gəlməyəcəksə, özün çox yaxşı sponsor tapmalısan. Onu da beş il axtarmışıq, tapa bilməmişik. Həmçinin bizim kimi Divizionda olan o biri klublar.

Bilmirəm, bəlkə də bunlar “Turan” və “Kəpəz”ə sponsor tapıblar. Daha orası mənə də qaranlıqdır.

Bəlkə də sənədlər icraçı vitse-prezidentin qabağına gedib çatmayıb. Deyəsən, axırda elə bunu deyəcəklər” (gülür).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti