Azərbaycanda dalaşan iki futbolçuya nə etdilər? - VİDEO

9 Aprel 2022 02:50 I Divizion 770
Azərbaycanda dalaşan iki futbolçuya nə etdilər? - VİDEO

AFFA İntizam Komitəsi I Divizionda XIX turun MOİK – “Sabah-2” matçında (0:0) dalaşan futbolçuları cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, bunlar “Sabah-2”nin gürcüstanlı hücumçusu Mixeil Erqemlidze və MOİK-in yarımmüdafiəçisi Ruslan Voronsovdur.

Hər iki şəxs təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Onların klubları isə hərəyə160 manat cərimələnib.

Bundan başqa, MOİK-ə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 80 manat cərimə kəsilib.

Hadisə matçın 65-ci dəqiqəsində yaşanıb. Belə ki, Mixeil Erqemlidze MOİK-dən Rafael Qavamini vurub.

Nəticədə qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə Mixeili Erqemlidzeyə qırmızı vərəqə göstərib.

Lakin ara bununla sakitləşməyib. “Sabah-2"nin məşqçiləri hakimin qərarına etiraz ediblər və meydançaya daxil olmağa cəhd göstəriblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti