"Rəhbər olaraq heç vaxt tək qərar vermirəm"

7 Aprel 2022 15:00 I Divizion 804
"Rəhbər olaraq heç vaxt tək qərar vermirəm"

«8 yaş qrupu üzrə komandamız var. Hamısı liqalarda iştirak edir».

İlham Səmədov baş koordinatoru olduğu «Kəpəz»in futbol akademiyasının hazırkı vəziyyəti barədə Sportinfo.az-a açıqlama verib.

Gəncə klubunun nümayəndəsi deyib:

«Məşqçilərimiz təcrübəli, futbolu bilən mütəxəssislərdir. Rəhbər olaraq heç vaxt tək qərar vermirəm.

İstər məşq proqramlarının qurulması olsun, istər məşq prosesi, istərsə də digər məqamlarda həmişə məşqçilərlə məsləhətləşib ortaq qərar qəbul edirik.

Koordinator olmaq asan iş deyil, böyük zəhmət və məsuliyyət tələb edir. İşimin öhdəsindən gəlməkdə məşqçilərimizin köməyi böyükdür.

Kiçik yaşlı uşaqlarda əsas təməl texnikasına üstünlük veririk. Çünki təməl texnikası futbolun əlifbası kimidir.

Onu yaxşı öyrənməsən, futbolu səlis «oxuya» bilməzsən. 14 yaşdan yuxarı isə texnika və taktika da önəm daşıyır.

İnventar, forma, oyunlara gedib-gəlmək sarıdan ciddi problemimiz yoxdur».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti