"Vallah, özüm də məəttəl qalmışam" – Oğlu xarici kluba gedə bilməyən ata

6 Aprel 2022 14:00 I Divizion 1 094
"Vallah, özüm də məəttəl qalmışam" – Oğlu xarici kluba gedə bilməyən ata

«Bəzi problemlər yarandı, bu təkliflərdən imtina etməli olduq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in futbol akademiyasının baş koordinatoru İlham Səmədov deyib.

O, Gəncə klubunun formasını geyinən oğlu Əli Səmədovun bir müddət əvvəl ölkə xaricindən təklif aldığını bildirib.

Sitat: «Hərdən özümə sual verirəm ki, nə əcəb, indiyə kimi ona başqa komandalardan təklif gəlməyib. Vallah, özüm də məəttəl qalmışam.

Azından ötən mövsüm Azərbaycan Kubokunda «Sabah»la oyunlardan sonra hansısa Premyer Liqa komandamızın onu çağıracağını düşünürdük.

Həmin oyunlarda «qab»ında olanı ortaya qoymuşdu. Səssizlik oldu. Düzü, həmin oyunlardan sonra Gürcüstanın «Samtredia» komandasıdan və Türkiyənin aşağı liqa klublarının birindən təklif var idi.

Pandemiyalı günlər idi, imtina etməli olduq. İmtinanın bir səbəbi də «Kəpəz»in iki ildir Premyer Liqaya çıxacağı barədə ehtimallar idi».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti