Növbəti mövsüm I Divizionda mübarizə aparacaq “Araz-Naxçıvan”ın büdcəsi növbəti dəfə artırılıb.
Muxtar Respublika təmsilçisinə ayrılan vəsait 500 min manatdan 700 min manata çatdırılıb.
Bu, yerli iş adamlarının dəstəyi sayəsində mümkün olub. Onlarla yanaşı, AFFA da kluba maddi-mənəvi köməklik göstərir.
Bölgə komandası yaxınlarda Azər Bağırova tapşırılıb. Onunla 1 illik müqavilə imzalanıb.
SPORTİNFO.AZ

