I Divizionda XIX turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, "Neftçi-2" doğma meydanda "Kəpəz"i qəbul edib.
Qarşılaşma Mahmud Qurbanovun çalışdırdığı "ağ-qaralar"ın 2:0 hesablı qələbəsiylə başa çatıb.
Xallarını 29-a yüksəldən "Neftçi-2" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. "Kəpəz" isə 28 xalla 7-ci yerdədir.
"Neftçi-2" - "Kəpəz" - 2:0
Qollar: Nihad Qurbanlı, 61, 64

