Azərbaycan birinci divizionunda keçirilən MOİK – “Sabah”-2 oyununda dava düşüb.
Sportinfo.az xəbər verir ki, matçın 65-ci dəqiqəsində ara qarışıb.
Belə ki, “Sabah-2"nin futbolçusu Mixeili Erqemlidze MOİK-dən Rafael Qavamini vurub.
Nəticədə qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə Mixeili Erqemlidzeyə qırmızı vərəqə göstərib.
Lakin ara bununla sakitləşməyib. “Sabah-2"nin məşqçiləri hakimin qərarına etiraz ediblər və meydançaya daxil olmağa cəhd göstəriblər.
Referi məşqçilər heyətini də vərəqə ilə cəzalandırıb.

