Ekzotik ölkədən qayıdan qapıçı yeni klubu ilə 2 aylıq ANLAŞDI

1 Aprel 2022 23:20 I Divizion 1 388
Ekzotik ölkədən qayıdan qapıçı yeni klubu ilə 2 aylıq ANLAŞDI

Növbəti mövsüm Birinci Divizionda mübarizə aparacaq "Araz Naxçıvan" heyətini qapıçı Elməddin Məmmədovla gücləndirib.

Ötən mövsümün Maldiv adalarında keçirən qolkiper qarşıdakı iki ayı Naxçıvan təmsilçisinin formasını geyinəcək.

Bu barədə məlumatı Sportinfo.az-a açıqlamasında 26 yaşlı oyunçu özü verib.

O, legioner həyatını dayandırıb, yenidən vətənə qayıtmasını belə izah edib:

"Ötən mövsüm Maldiv adalarında oynadım. Pandemiyaya görə mövsüm yarımçıq dayandı.

Sonra milli komandanın oynadığı turnir səbəbindən müddət uzandı. Üst-üstə 6 ay çempionat olmadı. Həmin müddətdə ayrılmaq istəsəm də sənədlərimi vermədilər.

Məşqlərə başlayanda isə maliyyə durumunun yaxşı olmadığı deyildi. Daha az maaşa qayıtmağımı təklif etdilər.

Təklif edilən maaşa qayıtmağın isə mənası yox idi. Formada qalmaq üçün ən azı yaya kimi burda qalıb, oynamağa qərar verdim.

"Araz Naxçıvan"la 2 aylıq müqavilə imzalamışam. Yəqin ki, yayda Maldivə, ora da alınmasa başqa bir ölkəyə geri dönərəm".

"Bakı"nın yetirməsi olan Elməddin ölkəmizdə AZAL, “Bakı”, “Zirə”nin formasını geyinib.

Ölkə xaricində isə Qırğızıstanda “Alqa”nın, Gürcüstanda Tsxinvali “Spartak”ının, Maltada “Sent Endryus FC”nin şərəfini qoruyub. Onun sonuncu klubu Maldivin “TC Sport Klub” olub.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti