I Divizionda XIX tura start verilib.
Sportinfo.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra keçirilən turda “Qəbələ-2” “Zirə-2”nin qonağı olub.
Bunadək ardıcıl 6 qələbə qazanan “qırmızı-qaralar” paytaxt səfərinə də 3 xal üçün yollanıb. Qarşılaşmanın taleyini 1 qol həll edib.
İlk yarısı qolsuz bitən görüşün 70-ci dəqiqəsində Xəyal Səmədov meydan sahiblərinin qapısına yol tapıb. Bu top “Qəbələ-2”yə qələbə qazandırıb.
18 oyundan sonra xal hesabını 29-a çatdıran Famil Xəlilovun yetirmələri 2-ci pilləyə yüksəlib, "Zirə-2" isə 8 xalla sonuncu yerdədir.
Digər matçda "Qaradağ Lökbatan" Bayılda "Səbail"in qonağı olub. Sabir Allahquliyevin 10 dəqiqə ərzində etdiyi dubl birincilərə çətin qələbə qazandırıb. QL bunun hesabına liderlik mövqeyini bir qədər də möhkəmləndirib.
"Zirə-2" – "Qəbələ-2" 0:1
Qol: Xəyal Səmədov, 70.
"Səbail-2" – "Qaradağ Lökbatan" 1:2
Qol: Vidadi Cəfərov, 76-pen – Sabir Allahquliyev, 70; 80.
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qaradağ Lökbatan | 18 | 13 | 2 | 3 | 33-12 | 41 |
| 2 | Qəbələ-2 | 18 | 9 | 2 | 7 | 31-22 | 29 |
| 3 | Keşlə-2 | 17 | 8 | 4 | 5 | 23-16 | 28 |
| 4 | Qarabağ-2 | 16 | 8 | 4 | 4 | 29-19 | 28 |
| 5 | Kəpəz | 16 | 7 | 7 | 2 | 27-19 | 28 |
| 6 | Sabah-2 | 17 | 8 | 4 | 5 | 29-25 | 28 |
| 7 | Neftçi-2 | 17 | 8 | 2 | 7 | 32-30 | 26 |
| 8 | MOİK | 16 | 8 | 2 | 6 | 29-21 | 26 |
| 9 | Zaqatala | 17 | 7 | 3 | 7 | 24-23 | 24 |
| 10 | Turan Tovuz | 17 | 5 | 2 | 10 | 18-29 | 17 |
| 11 | Sumqayıt-2 | 16 | 4 | 2 | 10 | 14-27 | 14 |
| 12 | Səbail-2 | 18 | 4 | 2 | 12 | 23-38 | 14 |
| 13 | Zirə-2 | 17 | 2 | 2 | 13 | 11-42 | 8 |
|
BOMBARDİRLƏR: |
|||||||

