Zubirlə anlaşan bölgə klubu indi də...

25 Mart 2022 21:20 I Divizion 1 275
Zubirlə anlaşan bölgə klubu indi də...

Birinci Liqa təmsilçisi "Zaqatala" bir neçə gün əvvəl gözlənilmədən Tarek Zubirlə anlaşdı.

Amma bölgə klubu yalnız bir legioner transferi ilə kifayətlənmək fikrində deyil.

Belə ki, Rüstəm Məmmədovun komandası Gürcüstanda çıxış edən braziliyalı legionerlə də danışıqlar aparır.

Əslində ötən yay komanda bir neçə braziliyalı futbolçu ilə razılıq əldə edibmiş, amma son anda çıxan problem əcnəbilərin "Zaqatala"ya gəlişinə mane olub.

Ancaq Zaqatala təmsilçisi həmin oyunçularla danışıqları tam dondurmayıb. Son günlər isə danışıqlar daha da instensivləşib və rəhbərlik qarşıdakı yay onların komandaya cəlb etməyə çalışır.

Xatırladaq ki, "Qarabağ"ın üzvü Abdullah Zubirin qardaşı olan Tarekin də son klubu Gürcüstan təmsilçisi "Rustavi" idi.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti