Divizionda mübarizə aparacaq kluba yarım milyon manat ayrıldı

23 Mart 2022 14:40 I Divizion 1 481
Divizionda mübarizə aparacaq kluba yarım milyon manat ayrıldı

AFFA-nın növbəti mövsüm I Divizionda iştirakına icazə verdiyi «Araz-Naxçıvan»ın büdcəsi müəyyənləşib.

Muxtar Respublika təmsilçisinə 500 min manat ayrılıb.

Yerli şirkətlərlə yanaşı, AFFA da ölkənin futbol səhnəsinə qayıdan klubun maliyyə bazasının formalaşdırılmasında iştirak edir.

«Araz-Naxçıvan» baş məşqçi postuna Azər Bağırovu gətirib. Ötən yay Sənan Qurbanovun köməkçisi işlədiyi «Keşlə»dən ayrılan mütəxəssis bu ilin yanvarında «Səbail»ə keçmişdi.

Bayıl təmsilçisinin əvəzedici komandasını çalışdıran Bağırov burada cəmi ayyarım qaldı və daha çox qazanmaq üçün bölgənin yolunu tutdu.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti