Bölgə klubu yeni baş məşqçiyə tapşırıldı - FOTOLAR

23 Mart 2022 00:40 I Divizion 737
Bölgə klubu yeni baş məşqçiyə tapşırıldı - FOTOLAR

"Turan Tovuz"un Müşahidə Şurasının iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda gündəlik məsələ klubda çalışan və müvafiq kateqoriyaya malik məşqçilərimizdən birinin əsas komandaya baş məşqçi təyin olunması idi.

Müzakirələrdən sonra MŞ üzvü Əfqan Talıbovun bu posta namizədliyi irəli sürülüb.

Onun namizədliyi dəstəklənib və əsas komandaya baş məqçi təyin olunub. Ə.Talıbovla mövsümün sonuna dək müqavilə imzalanıb.

Daha sonra yeni baş məşqçi komanda üzvləri ilə toplantı keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti