"Premyer Liqaya buraxılan yeni klublar arasında…"

20 Mart 2022 21:00 I Divizion 1 614
"Premyer Liqaya buraxılan yeni klublar arasında…"

"Büdcəmiz bir qədər yüksək olsa, rəhbərlik komandaya daha yaxşı futbolçular gətirə bilər".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.

Çalışdırdığı komandanın növbəti mövsümdən Premyer Liqada çıxış etməsini istəyən mütəxəssisi qayğılandıran yeganə problem maliyyə ilə bağlıdır.

O bildirib ki, büdcə imkan versə, səviyyəli legionerləri bura gətirmək mümkündür:

"Zaqatala" Premyer Liqaya yüksəlsə, əcnəbi oyunçunun komandaya gətirilməsi problem olmayacaq. Rəhbərliyin bu baxımdan yaxşı əlaqələri var.

AFFA-dan xoş xəbər gözləyirik. Ümid edirik ki, Premyer Liqaya buraxılan yeni klublar arasında "Zaqatala"nı da görəcəyik.

Zaqatala futbol rayonudur, buranın insanları futbolla nəfəs alır".

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?