Divizion klubunu çalışdıra bilər - ÖZÜ AÇIQLADI

19 Mart 2022 09:40 I Divizion 959
Divizion klubunu çalışdıra bilər - ÖZÜ AÇIQLADI

"Turan Tovuz"un yeni baş məşqçisi olmağa əsas namizəd Müşahidə Şurasın üzvü Əfqan Talıbovdur.

Bunu Sportinfo.az-a açıqlamasında təcrübəli mütəxəssis özü təsdiqləyib:

"İndi bir az fərqli stiuasiya yaranıb. Baş məşqçi istefa verib və mövsümün sonuna cəmi 8 oyun qalır.

Müşahidə Şurasının üzvləri əsas namizəd kimi mənim üzərimdə dayanıblar. Komandada məşqçilər korpusunda yer alan məşqçilər, heyətdə olan bir neçə futbolçu və siravi işçilər məni yaxşı tanıyır.

Bir çoxu ilə "Turan"da baş məşqçi olanda işbirliyimiz olub. Bu baxımdan burdakı ab-hava mənə tanışdır. Ona görə də namizədliyim irəli sürülüb.

Aprelin 1-i növbəti oyundu. Ona kimi maksimum tez təyinat rəsmiləşməlidir ki, kollektivlə daha da yaxından tanışlığa vaxtım olsun. Yəqin ki, qarşıdakı günlər yekun qərar veriləcək".

İki gün əvvəl uğursuz nəticələrə görə komandanın çalışdıcısı Rövşən Babayevin istefa verdiyini xəbər vermişdik. Babayev ötən ilin yayından Tovuz təmsilçisini çalışdırırdı.

Bölgə komandası hazırda 17 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşır.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti