Bölgə klubuna XOŞ VƏD verildi

18 Mart 2022 23:40 I Divizion 1 388
Bölgə klubuna XOŞ VƏD verildi

"Turan Tovuz"un yeni mövsümdən Premyer Liqada olacağına böyük ümid var.

Komanda rəhbərliyi də bu yolda işlərini davam etdirir. Lisenziya almaq üçün bir müddət əvvəl AFFA-ya göndərilən sənədlər qənaətbəxş rəy alıb. Bu barədə federasiyadan kluba məlumat verilib.

Yalnız maliyyə mənbəyinin göstərilməsi qalır. Bunun üçün isə son tarix bu ayın sonlarıdır.

Artıq bu yöndə də müsbət siqnallar var. Bu barədə klubdan saytımza məlumat ötürülüb.

Belə ki, yaxın günlərdə sponsorlarla bağlı şad xəbər olmalıdır. Müəyyən şəxslər və təşkilatlar Tovuz təmsilçisinə maliyyə ayırmaqla bağlı vəd veriblər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?