"Onlar komandaya rəhbərlik edəcək? Mən bunu eşitməmişəm"

18 Mart 2022 11:40 I Divizion 846
"Onlar komandaya rəhbərlik edəcək? Mən bunu eşitməmişəm"

«Yeni baş məşqçinin kimliyini hələ müəyyənləşdirməmişik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un idman direktoru Nadir Nəbiyev deyib.

Rövşən Babayevin komandanın sükanı arxasından istefa verdiyini bildirən funksioner hələ seçim etmədiklərini söyləyib:

«Rövşən müəllim özü klubumuzun Müşahidə Şurasının sədri Oqtay Abdullayevlə əlaqə saxlayaraq, getmək istədiyini deyib.

Onun qarşısına çempionluq və ya medal qazanmaq vəzifəsi qoymamışdıq. Məqsəd akademiyamızın yetirmələrinə üstünlük vermək idi.

Belə də oldu. Sadəcə, görünür, ardıcıl məğlubiyyətlər Rövşən müəllimi bu qərara verməyə sövq etdi.

Hazırda komanda istirahətdədir. Divizionda növbəti tur aprelin 1-də keçiriləcəyindən, martın 21-dək məşqlərə ara verilib.

Əfqan Talıbovla Novruz Əzimov qalan oyunlarda komandaya rəhbərlik edəcək? Mən bunu eşitməmişəm».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti