“Bizə müraciət olundu ki, belə bir futbolçu var, onu baxışdan keçirə bilərsizmi? Razılıq verdik“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zaqatala“nın prezidenti Musa Qurbanov deyib.
“Qarabağ”ın fransalı yarımmüdafiəçisi Abdulla Zubirin qardaşı Tarek Zubir də Azərbaycanda oynayacaq.
O, “Zaqatala” ilə anlaşıb. 27 yaşlı sol cinah vingeri buna kimi Gürcüstanda "Rustavi"nin formasını geyinib.
M,Qurbanov bildirib ki, Tarek qardaşının məsləhəti ilə ölkəmizə gəlib:
“Məşqçilər onu baxışdan keçirdilər və komandaya faydalı ola biləcəyini dedilər. Üç aylıq müqavilə bağlamışıq.
İstəyirik ki, çempionatda şans verək. Bununla bağlı Peşəkar Futbol Liqası ilə danışıqlar aparırıq ki, ona lisenziya ala bilək.
Tarekin fiziki göstəriciləri yaxşıdır, sadəcə, son vaxtlar oyun praktikası qazanmayıb. Axırıncı dəfə “Rustavi“də oynamasından xəbərdarıq.
Bildiyimə görə, Gürcüstanda işi son anda alınmayıb. Bizə yeni futbolçular, onsuz da, lazımdır.
Heyətimiz kasaddır. Tarek Zubir təcrübəsi ilə komandamıza kömək etmək gücündədir“.

