Bölgə klubunda baş məşqçi istefası - SON DƏQİQƏ

17 Mart 2022 23:20 I Divizion 1 809
Bölgə klubunda baş məşqçi istefası - SON DƏQİQƏ

Birinci Divizon təmsilçisi "Turan Tovuz"da ayrılıq reallaşıb.

Belə ki, komandanın baş məşqçisi Rövşən Babayev istefa verib.

Onu belə qərar verməyə ardıcıl uğursuzluqlar vadar edib.

Son turda "Qaradağ Lökbatan"a darmadağınla (0-3) məğlubiyyət isə bu qərarda həlledici olub.

46 yaşlı mütəxəssis ötən ilin yayı bölgə klubuna təyinat almışdı.

Onun rəhbərliyi altında Tovuz təmsilçisi hazırda turnir cədvəlinin 10-cu pilləsində qərarlaşır. 17 turdan sonra komandanın aktivində cəmi 17 xal var.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti