İlham Əliyevlə xanımı atletika üzrə dünya çempionatının finalını izlədi

21 Avqust 2023 00:40 Hadisə 854
İlham Əliyevlə xanımı atletika üzrə dünya çempionatının finalını izlədi

Xəbər verdiyimiz kimi, Macarıstanın paytaxtı Budapeştdəki Milli Atletika Mərkəzində atletika üzrə dünya çempionatının kişilər arasında 100 metr məsafəyə qaçış yarışının finalı keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Macarıstanın Baş naziri Viktor Orban ilə birlikdə finalı izləyirbər.

Yarışa baxanlar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Prezidenti Sadır Japarov, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Tatarıstan Rəisi Rüstəm Minnixanov, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç də yer alıb.

Atletika üzrə dünya çempionatı ilk dəfədir Budapeştdə keçirilir. Macarıstanın ev sahibliyi etdiyi ən böyük idman yarışı olan atletika üzrə dünya çempionatı avqustun 19-da start götürüb.

Avqustun 27-dək davam edəcək bu mötəbər turnirdə 200-dən çox ölkədən 2000-dən artıq idmançı atletikanın 49 növü üzrə mübarizə aparır. Azərbaycanı dünya çempionatında iki idmançı təmsil edir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!