Cavid "Kəpəz"ə qərb derbisində qələbə qazandırdı - VİDEO

16 Noyabr 2021 17:20 I Divizion 1 215
Cavid "Kəpəz"ə qərb derbisində qələbə qazandırdı - VİDEO

I Divizionda VIII tura start verilib.

Sportinfo.az xəbər verir ki, günün yeganə oyununda "Kəpəz" "Turan Tovuz"u qəbul edib.

Qərb derbisi Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab 35-ci dəqiqədə açılıb. Vüsal Məsimov meydan sahiblərini önə keçirib.

45-ci dəqiqədə Sadiq Şəfiyev bərabərlik qolunu vurub. 76-cı dəqiqədə isə Cavid İmamverdiyev komandasına qələbə qazandıran qola imza atıb.

Bu nəticədən sonra xallarını 13-ə yüksəldən "Kəpəz" "Sabah-2" ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. Tovuz klubu 7 xalla 11-cı sıradadır.

“Kəpəz” – “Turan Tovuz” 2:1
Qollar:
Vüsal Məsimov, 35. Cavid İmamverdiyev, 76 – Sadiq Şəfiyev, 45.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Qəzənfər Məmmədov, Tural Qurbanov.
Gəncə şəhər stadionu

N Klublar O Q H M T-F X
1 MOİK 6 5 1 0 15-2 16
2 Qaradağ Lökbatan 7 5 1 1 16-5 16
3 Kəpəz 7 3 4 0 11-7 13
4 Sabah-2 7 4 1 2 11-9 13
5 Keşlə-2 7 3 2 2 10-5 11
6 Qəbələ-2 7 2 2 3 12-10 8
7 Səbail-2 7 2 2 3 8-8 8
8 Qarabağ-2 6 2 2 2 8-10 8
9 Neftçi-2 6 2 1 3 11-11 7
10 Zaqatala 6 2 1 3 7-10 7
11 Turan Tovuz 8 2 1 5 9-16 7
12 Sumqayıt-2 6 1 0 5 3-13 3
13 Zirə-2 6 1 0 5 4-19 3

BOMBARDİRLƏR:

Sabir Allahquliyev ("Qaradağ Lökbatan") - 7 qol
Anatole Abanq ("Keşlə-2") - 5 qol
Ceyhun Nuriyev ("Sabah-2") - 4 qol
Mehrac Baxşalı ("Qəbələ-2") - 4 qol
Aqil Nəsibov ("Qəbələ-2") - 4 qol

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı