Nigeriyalı "Kəpəz"də necə peyda oldu? - AÇIQLAMA

10 Noyabr 2021 21:20 I Divizion 1 558
Nigeriyalı "Kəpəz"də necə peyda oldu? - AÇIQLAMA

Divizionda işləri heç də yaxşı getməyə "Kəpəz" güclənməyə qərar verib.

Belə ki, Gəncə klubu nigeriyalı futbolçu Akinyemi Aleks Viktoru baxışa dəvət edilib.

26 yaşlı yarımmüdafiəçinin anidən "Kəpəz"də peyda olması, əslində, böyük təəccüb yaratdı.

Sportinfo.az-ın sorğusuna cavab olaraq heyətə cəlb edilən legionerlə bağlı "Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev bunları deyib:

"Yerli menecerlər tərəfindən bizə təklif olunub. Bu günü də saysaq artıq üç gündür komandamızla məşqlərdə iştirak edir.

Baş məşqçi Yaşar müəllim onu nəzərdən keçirir. Əgər müsbət qərar olsa, "Kəpəz"lə müqavilə bağlayacaq. Yəqin ki, bu həftənin sonuna kimi bir qərar veriləcək".

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada