Qurban Qurbanov Gəncə futboluna sahib çıxdı

25 İyul 2021 20:20 I Divizion 3 466
Qurban Qurbanov Gəncə futboluna sahib çıxdı

"Gəncə ən çox futbolçu verən bölgələrdən biridir. Orada hazırlamadan futbolçu yetişir. Azarkeşləri də fərqlidir”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova aiddir.

Tanınmış mütəxəssis “Kəpəz”in timsalında Gəncə futboluna öz dəstəyini nümayiş etdirib:

“Biz Gəncədə oyunlara gedəndə tribunalarda 15-17 min azarkeş olurdu. Bu, Azərbaycan futbolu üçün böyük rəqəmdir.

Avrokuboklardakı bəzi matçlarımıza 8-12 min azarkeş toplaşıb. Amma Gəncədə 3-4 il əvvəl 15 mindən çox tamaşaçı olurdu.

Əgər orada çempionatda müntəzəm çıxış edən komanda olsa, inanmıram ki, oyunlarına 20 mindən az azarkeş gəlsin.

20 min azarkeş futbola sevgi, onların 10 mininin övladının futbola marağının olması deməkdir".

Digər Xəbərlər
Xəbər Lenti