Qurbanov “Neftçi”ni Divizionun çempionu etdi

6 May 2021 19:20 I Divizion 1 180
Qurbanov “Neftçi”ni Divizionun çempionu etdi

I Divizionda 2020/2021 mövsümünün qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, XXV turda evdə "Kəpəz"ə 1:0 hesabı ilə qalib gələn "Neftçi-2" sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.

"Ağ-qaralar"ın qolunu 65-ci dəqiqədə İsmayıl Zülfüqarlı vurub.

Bu qələbədən sonra xallarını 61-ə çatdıran paytaxt təmsilçisi ən yaxın izləyicisi "Zaqatala"nı 11 xal qabaqlayır.

Aşağı dəstədə medalçılar da bəlli olub. Digər komandaların 2-3-cü yerləri tutmaq şansı olmadığından "Zaqatala" ilə "Turan Tovuz" mükafatları təmin edib.

Rəqiblərindən 1 oyun az keçirən zaqatalalılar 50 xalla ikinci pillədə qərarlaşıb. Əyalət komandası mayın 7-də "Qaradağ Lökbatan"ı qəbul edəcək. XXV turda "Sabah"la 3:3 hesablı heç-heçəyə razılaşan "Turan Tovuz" isə 48 xalla 3-cü sırada yer alıb.

Günün digər oyununda "Qarabağ-2" evdə "Keşlə-2"ni 3:1 hesabı ilə məğlub edib.

Hazırda "Neftçi-2"nin baş məşqçisi Mahmud Qurbanovdur. Əslən Gəncədən olan 50 yaşlı mütəxəssis 1992 - 1996 və 1997 - 2000-ci illərdə "Kəpəz"in futbolçusu, 2012-2013-cü illərdə isə baş məşqçisi olub.

6 may

"Qarabağ-2" – "Keşlə-2" - 3:1
Qollar:
Seyxan Fərəcov, 10; 22, Musa Musazadə, 45+1 – Xəzər Mahmudov, 90+1

"Sabah-2" – "Turan Tovuz" - 3:3
Qollar:
Təbriz İsazadə, 42. Abdulla Xaybulayev, 44. Camal Cəfərov, 74 – Vidadi Cəfərov, 25; 84-pen; 90+2.

"Neftçi-2" – "Kəpəz" - 1:0
Qol
: İsmayıl Zülfüqarlı, 65.

N Klublar O Q H M T-F X
1 Neftçi-2 25 19 4 2 58-14 61
2 Zaqatala 24 16 2 6 50-28 50
3 Turan Tovuz 25 13 9 3 37-19 48
4 Sabah-2 25 13 3 9 44-34 42
5 Qarabağ-2 25 10 4 11 30-26 34
6 Keşlə-2 25 8 3 14 29-52 27
7 Kəpəz 25 6 7 12 28-36 25
8 Qaradağ Lökbatan 24 6 5 13 24-38 23
9 Sumqayıt-2 24 4 6 14 23-46 18
10 MOİK 24 4 5 15 26-56 17

BOMBARDİRLƏR:

Vidadi Cəfərov ("Turan Tovuz") - 16 qol
Bəhruz Teymurov ("Zaqatala") - 14 qol

Fərid Kərimzadə ("Sabah-2") - 11 qol
Kamran Quliyev ("Sabah-2") - 10 qol
Xəqani Sadıxov ("Zaqatala") - 8 qol
Vüsal Əsgərov ("Neftçi-2") - 8 qol
Famil Camalov ("Neftçi-2") - 8 qol
Elvin Nəsibov (MOİK) - 7 qol

Əsədulla Heydərov ("Zaqatala") - 7 qol
Asim Əlizadə ("Neftçi-2") - 7 qol

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!