Qurbanov “Neftçi“nin uğur sirrini açdı: "Biz onlara, onlar da bizə…"

4 May 2021 11:40 I Divizion 1 504
Qurbanov “Neftçi“nin uğur sirrini açdı: "Biz onlara, onlar da bizə…"

“Bunun xüsusi bir səbəbi yoxdur“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi-2“nin baş məşqçisi Mahmud Qurbanov deyib.

Onun çalışdırdığı komanda Birinci Divizionda uğurlu çıxışını davam etdirir.

Səfərdə “Turan-Tovuz” üzərində qələbədən sonra (2:0) “ağ-qaralar“ 58 xal yığaraq turnir cədvəlinin zirvəsində qərarlaşıb və ən yaxın izləyicisi olan “Zaqatala”nı artıq 8 xal fərqi ilə qabaqlayır.

“Neftçi-2” son 8 turda qələbə qazanıb. Ardıcıl 6 turdur qapılarında qol görmürlər. Son dəfə dekabrın 8-də məğlub olublar.

M.Qurbanov çempionluğa kökləndiklərini bildirib: “Çempionatın başa çatmasına 3 tur qalııb. Biz daha 3 xal qazanmalıyıq ki, qzıl medal alaq.

Builki çempionat əvvəldən gərgin keçdi, amma mən komandama inanırdım və görürdüm ki, oyundan-oyuna inkişaf var. Üç ildir demək olar eyni heyətlə yol gəlirik.

Onlarla işə başlayanda, hamısı gənc və təcrübəsiz idi. Yavaş-yavaş təcrübə topladılar, istəkləri artdı. Biz onlara, onlar da bizə inandı.

Yalnız futbolu fikirləşdilər, irəli getmək istədilər, bu da alındı. Sağlam kollektiv yaaratmağa müvəffəq olduq. Uşaqlara qələbə qazanmaq ruhunu aşılaya bildik.

Bu da uğur əldə etməyə yetərli oldu. Futbolçularımız komanda ruhunu dərk etdi, yalnız futbol oynamaq istədi və bundan həzz aldı».

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!