"Bu "Kəpəz"di! Gəncənin "Kəpəz"i!

28 Aprel 2021 20:20 I Divizion 2 030
"Bu "Kəpəz"di! Gəncənin "Kəpəz"i!

Azərbaycan futbolu deyəndə yada düşən üç bölgədən biri Gəncədir.

Əbəs deyil ki, məhz bu şəhər ölkə futboluna neçə-neçə istedadları bəxş edib. Ən zəif vaxtında belə oyunlarında tribunlar azarkeşlərlə dolu olub.

Bir vaxtlar ölkə çempionluğunu sıralayan "Kəpəz" bu gün Birinci Divizionda gününü keçirməklə məşğuldur. Yaşar Vahabzadənin yetirmələri hazırda altıncı yerdədir. Son 6 görüşdə isə komanda yalnız bir xal qazana bilib.

Vəziyyət göründüyü kimi çox acınacaqlıdır. Təbii olaraq yerli azarkeşlər ayağa qalxıb. Bu nə "Səbail"di, nə də "Keşlə". Bu "Kəpəz"di! Gəncənin "Kəpəz"i. Hər təbəqədən, hər sahədən minlərlə azarkeşi olan "Kəpəz.

Komanda Birinci Divizonda olsa belə həmin sahibləri onu tərk etməyib. Belə gündə sinələrini qabağa verib, hesab tələb edirlər. Ki, Gəncənin adına layiq komanda olmalıdır. Hazırkı komandanın olmasından isə olmasa yaxşıdır.

Görünür, elə belə şeylərə görə illərdi komanda Premyer Liqadan didərgin salınıb. Müəyyən maaşla hansısa məşqçini, klub rəhbərini "Kəpəz"də gün keçirməyə razı sala bilərsən, amma sadiq "Kəpəz" azarkeşlərini əsla.

Onlarla dil tapmağın yeganə və rahat yolu - həqiqi futbolu Gəncəyə qaytarmaqdan keçir. Bu isə hazırkı AFFA rəhbərliyinin bacarağı xaricində olan işdi.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti