"Heç kim məni tutduğum vəzifədən çıxara bilməz"

27 Aprel 2021 22:20 I Divizion 1 409
"Heç kim məni tutduğum vəzifədən çıxara bilməz"

Artıq neçə müddətdi "Kəpəz" azarkeşləri Yaşar Vahabzadənin istefasını tələb edir. Ardıcıl uğursuzluqlar fanatların səbr kasasını daşırıb. Amma sən saydığını say, gör, Yaşar Vahabzadə nə sayır (deyir).

Sportinfo.az-a daxil olam məlumata görə, AFFA-dan müdaxilə olmasa, Yaşar Vahabzadənin istefa vermək fikri yoxdur.

Təcrübəli mütəxəssisin narahatlıq keçirməməsi də bundan qaynaqlanır.

Hətta yerindən o qədər arxayındır ki, bir qədər də qabağa gedərək önünə çıxan hər kəsə "Məni bura AFFA təyin edib. Heç kim tutduğum vəzifədən məni çıxara bilməz" deyir.

Narazılıq bildirən futbolçulara isə Vahabzadədən "elə eləməyin ki, maaşlarınızı kəsim" mesajı verilib.

Görünür, Yaşar müəllim Gəncəyə baş məşqçi göndərilməsini unudub, özünü xüsusi imtiyazlara sahib biri sayır. Amma gəncəli azarkeşlər bu duruma uzun müddət dözmək fikrində deyirlər. Narazılıqlar isə hər keçən gün artır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda