Uduzmağa davam etsəz, maaşdan gözünüzü çəkin!

25 Aprel 2021 11:40 I Divizion 1 061
Uduzmağa davam etsəz, maaşdan gözünüzü çəkin!

«Kəpəz»in futbolçuları klub rəhbərliyi və baş məşqçi Yaşar Vahabzadə tərəfindən xəbərdarlıq olunub.

Bu barədə Gəncə təmsilçisindən Sportinfo.az-ın redaksiyasına məlumat daxil olub.

Bildirilib ki, belə bir addıma səbəb ardıcıl uğursuz oyunların qeydə alınmasıdır. Komanda 23 tur ərzində cəmi 24 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsinə düşüb.

İstər rəsmilər, istərsə də Vahabzadə hesab edir ki, eniş bir neçə futbolçunun kənar təsirlərə məruz qalmasının nəticəsidir. Belə deyək, baş məşqçi əmindir ki, bütün bunlar onun vəzifəsindən göndərilməsi məqsədi daşıyır.

Odur ki, Vahabzadə oyunçulara maaşlarının verilməyəcəyi ilə bağlı mesajını çatdırıb. O, bu məsələylə əlaqədar AFFA ilə danışdığını və razılıq aldığını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti