"Kəpəz"lə müqaviləsi davam edir və ayrılmaq fikri yoxdur"

24 Aprel 2021 17:40 I Divizion 1 065
"Kəpəz"lə müqaviləsi davam edir və ayrılmaq fikri yoxdur"

«Novruz Məmmədov komandanı tərk etməyib, hazırda düşərgədədir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in mətbuat katibi Azad Mustafayev deyib.

Son vaxtlar komandada baş verən hadisələrə münaasibət bildirmək üçün redaksiyamıza müraciət edən Gəncə təmsilçisinin sözçüsü bunları söyləyib:

«Novruzun ailə məsələsi var idi, bununla bağlı rəhbərlikdən və baş məşqçidən icazə aldığı üçün məşqləri buraxmışdı. Artıq kollektivə qoşulub.

Futbolçu özü də bildirib ki, yazılanlardan pərişan və məyusdur. Özü də deyib ki, "Kəpəz"lə müqaviləsi davam edir və komandadan ayrılmaq fikri yoxdur».

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?