"Divizonda favorit yoxdur, bu qədər əziyyətdən sonra..."

8 Aprel 2021 22:20 I Divizion 784
"Divizonda favorit yoxdur, bu qədər əziyyətdən sonra..."

"Komandada dəyişən ciddi nəsə yoxdur".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Birinci Divizionun lideri "Zaqatala"nın baş məşqçisi Rüstəm Mənmədov deyib.

Məmmədov mövsümə pis başlayıb, amma sona yaxın yaxşı nəticələr qazanmalarını belə izah edib:

"Mövsümün əvvəli yeni limitlə bağlı heyətin 70%-i dəyişmişdi. Yeni futbolçulara öz oyunumuzu oynatmağa və bir-birlərinə öyrəşməsinə vaxt lazım idi. Hər il bu problem bizdə olur.

Mövsümn əvvəli elə də uğurlu başlamırıq və bir az çətinliklər olur. Sonra yavaş-yavaş istədiyimiz futbolu aşılaya bilirik. Belə olanda nəticələr də gəlməyə başlayır".

Məmmədov mövsümü çempion kimi başa vurmağın çətinliyindən də söz açıb: "Bundan sonra ilk pillədə qalmaq rahat olmayacaq. Çünki rahat oyun yoxdur.

Birinci divizonda favorit yoxdur. Oyuna kim yaxşı köklənirsə, o da qalib gəlir. Bizdə indi qələbə ruhu yüksəkdir. Bu qədər əziyyətdən sonra uduzmaq hissini yaşamaq istəmirik".

Digər Xəbərlər
Xəbər Lenti