Azərbaycan klubunun futbolçuları maskadan imtina etdi və...

6 Aprel 2021 16:40 I Divizion 1 340
Azərbaycan klubunun futbolçuları maskadan imtina etdi və...

I Divizionunda çıxış edən “Zaqatala” eyni səbəbdən ikinci dəfə cərimələnib.

Sportinfo.az xəbər verir ki, AFFA İntizam Komitəsi əyalət təmsilçisini oyun zamanı texniki zonada karantin qaydalarına riayət etmədikləri üçün yenidən cəzalandırıb.

XIX turun "Sabah-2" ilə səfər matçında "Zaqatala"nın ehtiyat oyunçuları və texniki heyəti texniki zonada maskadan istifadə qaydalarını pozub. Bu səbəbdən, klub 80 manat ziyana düşüb.

XVIII turun "Turan Tovuz"la səfər oyununda ehtiyat oyunçuları texniki zonada sosial məsafə qaydalarını pozduqları üçün "Zaqatala"ya eyni məbləğdə cərimə kəsilib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"