Klub rəsmisi hansı bəhanə ilə vəzifəsindən uzaqlaşdırıblar?

1 Aprel 2021 17:40 I Divizion 1 248
Klub rəsmisi hansı bəhanə ilə vəzifəsindən uzaqlaşdırıblar?

Məlum olduğu kimi, "Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev vəzifəsindən ayrılıb.

O, bu barədə özü məlumat yayıb:

"Kəpəz"in zəif çıxışında günahkar mən deyiləm! Dostlardan qərarıma anlayış gözləyirəm, sinəm doludur, vaxtı gələndə özüm hər şeyi danışacam".

"Kəpəz" I Divizionun turnir cədvəlində 6-cı sıradadır. Qış fasiləsindən sonra çempionatda bərbad çıxış edən komandada ab-hava korlanıb.

Rəhbərlik baş məşqçidən, Yaşar Vahabzadə də öz nəvbəsində futbolçulardan narazıdır. A.Mustafayev məhz bu daxili gərginliyin, qarşıdurmanın qurbanı olub.

Gəncədən redaksiyamızla əlaqə saxlayan klub təmsilçilərindən biri adının çəkilməməsi şərtilə bu məlumatı verib. Onun iddiasına görə, uzun illərdir “Kəpəz”də fəaliyyət göstərən Mustafayev Vahabzadənin israrı ilə vəzifəsindən uzaqlaşdırılıb.

Belə ki, baş məşqçi press-ateşenin kollektiv daxilində onun və AFFA-nın əleyhinə kampaniya apardığını bildirib.

Guya, o, Mehman Allahverdiyevin buradakı adamı imiş və düşərgədə baş verənlər barədə sabiq baş məşqçini məlumatlandırırmış.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular