AFFA yaşlı futbolçuların I Diviziona qayıtmasına "yaşıl işıq" yandırdı

31 Mart 2021 13:00 I Divizion 2 209
AFFA yaşlı futbolçuların I Diviziona qayıtmasına "yaşıl işıq" yandırdı

AFFA I Divizionda yaş limitinin dəyişdirilməsini istəyən məşqçilərin təşəbbüsünü dəstəkləyib.

Sportinfo.az-ın məlumatına görə, yenilik növbəti mövsümdən etibarən tətbiq olunacaq.

Buna əsasən, aşağı dəsətədə mənzərə tamamən dəyişəcək. Masa üzərindəki yekun təklifə görə, yaş limiti 7+4 üzrə tənzimlənəcək.

Yəni, yaşı 21-dən yuxarı olan 7 futbolçu əsas heyətdə meydana çıxacaq.

Bu, yaşı 21-i keçən oyunçuların son bir neçə ildə öz peşəsindən kənar düşməsi tendensiyasını dayandırmaq məqsədi daşıyır. İllər əvvəl verilən qərar təqribən 100-dən artıq futbolçunun bu sahədən uzaqlaşmasına səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?