Azərbaycan klubu sosial məsafəni pozduğu üçün cərimələndi

31 Mart 2021 00:56 I Divizion 937
Azərbaycan klubu sosial məsafəni pozduğu üçün cərimələndi

AFFA İntizam Komitəsi I Divizionda çıxış edən "Zaqatala"nı 80 manat cərimələyib.

Sportinfo.az xəbər verir ki, buna XVIII turun "Turan Tovuz"la səfər oyununda "Zaqatala"nın ehtiyat oyunçularının texniki zonada sosial məsafə qaydalarını pozmaları səbəb olub.

Bundan başqa, təcili yardım maşını stadiona gələrkən gecikib. Bununla əlaqədar meydan sahibi "Turan Tovuz" 160 manat cəriməyə məruz qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!