“Kəpəz”ə sponsorluq etmək istəyən iş adamı Gəncəyə gəldi

29 Mart 2021 21:00 I Divizion 1 919
“Kəpəz”ə sponsorluq etmək istəyən iş adamı Gəncəyə gəldi

Fevralın əvvəlində açıqlama verən Mehman Allahverdiyev “Kəpəz”ə sposnorluq etmək istəyən iş adamının olduğun söyləmişdi.

Onu da bildirmişdi ki, Rusiyada yaşayan Şahin Məmmədov Gəncə təmsilçisinə yatırım etmək istəyir.

Mehman bəy Rusiyada yaşayan bisnesmenin fevralın sonlarında Gəncəyə gələcəyini və həmin vaxt görüşüb ətraflı müzakirələr aparacaqlarını da vurğulamışdı.

Allahverdiyevin dediyi vaxtda onunla yenidən əlaqə saxlayıb Məmmədovla görüşüb-görüşmədəyini soruşduqda məlum oldu ki, iş adamının müəyyən işləri çıxdığından ötən ayın sonunda vətənə dönüşü alınmayıb və Gəncəyə səfəri Novruz bayramına planlaşdırılıb.

Bugünlərdə Gəncədəki etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Məmmədov bayram tətili üçün Azərbaycana gəlib.

Onunla görüşün baş tutub-tutmadığını aydınlaşdırmaq üçün dünən Allahverdiyevi aradıq. Ancaq Gəncə futbolunun “xaç atası” gün ərzində zənglərimizə cavab vermədi. Bu məsələyə yenidən toxunacağıq (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti