Komandaları bərpa edin, I Diviziona buraxın – AFFA istədi

20 Mart 2021 20:00 I Divizion 1 552
Komandaları bərpa edin, I Diviziona buraxın – AFFA istədi

AFFA Premyer Liqanın 3 klubu qarşısında yeni mövsümlə bağlı məsələ qaldırıb.

Sportinfo.az-ın məlumatına görə, burada söhbət «Qəbələ», «Zirə» və «Səbail»dən gedir.

Niyə məhz onlar? Problem ondadır ki, aıdçəkilən elita təmsilçiləri I Divizionda mübarizə aparmır.

«Qəbələ» ikinci mövsümdür ki, əvəzedici komandasını ləğv edib. «Zirə» və «Səbail» bu sezondan etibarən «dubl»u ortadan qaldırıb. «Qəbələ» ilə «Səbail» maliyyə çatışmazlığı səbəbindən, «Zirə» I Divizionda oyun «alver»indən ehtiyatlanıb.

İndi isə AFFA onlardan əvəzedici komandalarını bərpa etmələrini istəyir.

Qurumun son təşəbbüsü anlaşılandır: axı AFFA-nın hesabından elita nümayəndələrinə vəsait ayrılır: «Qəbələ»yə 1,5 milyon manat, «Zirə»yə 500 min manat, «Səbail»ə 200 min manat.

Digər Xəbərlər
Xəbər Lenti