"Zaqatala" Premyer Liqaya buraxılsa…" -  KLUB PREZİDENTİ

17 Mart 2021 15:00 I Divizion 852
"Zaqatala" Premyer Liqaya buraxılsa…" -  KLUB PREZİDENTİ

«Bölgə klublarının Premyer Liqaya buraxılmasını hamı istəyir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zaqatala»nın prezidenti Musa Qurbanov deyib.

I Divizion təmsilçisinin rəhbəri AFFA-nın yeni mövsümdən etibarən Premyer Liqa iştirakçılarının sayını artırmaq təşəbbüsünü dəstəkləyib:

«Mətbuatda gedən müzakirələrdən belə başa düşürəm ki, burada 3 komandadan - «Turan», «Kəpəz» və «Zaqatala»dan söhbət gedir.

Mən yaxıınlarda Tovuzda olmamışam və «Turan»ın yeni təmirdən çıxan bazasını, akademiyasını görməmişəm. İstənilən halda deyərdim ki, ən yaxşı infrastruktur Zaqatalada qurulub.

Burada Premyer Liqa tələblərinə cavab verən hər cür şərait var. Stadionundan və bazasından tutmuş, ta başqa şeylərə kimi.

Bu gün Premyer Liqa oyunlarını qəbul etməyə ən real şərait bizdədir. Hansı komandanın ora daha layiq olduğunu bilmək üçün yenə də mövsümün başa çatmasını gözləmək lazımdır.

Turnir cədvəlinə əsasən nəsə deməliyik. Fikrimcə, burada idman prinsipləri qorunmalıdır və hansı komandalar daha yaxşı nəticələr göstərəcəksə, üstünlük onlara verilməlidir.

Zaqataladan olan azarkeşlər Premyer Liqa üçün çox darıxıb. Mən onların o günü necə böyük səbirsizliklə gözlədiyini rayona hər səfərim zamanıı görürəm.

Digər tərəfdən, baxın ki, hazırda şimal zonasından Premyer Liqada neçə futbolçu çıxış edir. 10-12 nəfəri mən bilirəm. Bu da onu göstərir ki, «Zaqatala» Premyer Liqaya buraxılsa, artıq potensial futbolçu bazamız var».

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!