"İstədik ki, onda futbola maraq yaradaq, "Zaqatala"ya sponsorluq eləsin, alınmadı"

16 Mart 2021 21:20 I Divizion 1 021
"İstədik ki, onda futbola maraq yaradaq, "Zaqatala"ya sponsorluq eləsin, alınmadı"

«Bizim hazırda bir sponsorumuz var, o da AFFA-dır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zaqatala»nın prezidenti Musa Qurbanov deyib.

Müshib klubu götürmək istəyən heç bir iş adamının onunla əlaqə saxlamadığını bildirib: «Biz adicə oyunlara mükafat təyin edəcək şəxs tapa bilmirik.

AFFA-dan başqa heç kim Zaqatalada futbolun olmasıyla maraqlanmır. Bütün güc federasiyanın üzərinə düşüb. Biz də əlimizdən nə gəlirsə, kluba kömək olmağa çalışırıq.

İndiki vəziyyətdə kimə nə deyəsən, necə deyəsən ki, gəl, kluba dəstək ol? Açığı, rayonda elə bir iş adamı yoxdur ki, klubu himayəsinə götürsün.

Mən bunu futbolçuların özünə də söyləmişəm. Demişəm ki, siz elə bilməyin, biz boş dayanmışıq, çalışırıq, başqa sponsorları bura cəlb etmək istəyirik.

Ancaq bugünə kimi cəhdlərimiz heç bir nəticə verməyib.

Rusiyada bir iş adamı var, zaqatalalıdır. Haqqında eşitmişdik və istədik ki, onda futbola maraq yaradaq, «Zaqatala»ya sponsorluq eləsin. O iş də alınmadı.

Yəni, deməyim odur ki, AFFA-dan başqa bizə köməklik göstərən, yaxud belə bir niyyətdə olan başqası yoxdur».

Digər Xəbərlər
Xəbər Lenti