AFFA söyüş söyən Kamran Quliyevə cəza verdi

16 Mart 2021 17:00 I Divizion 1 259
AFFA söyüş söyən Kamran Quliyevə cəza verdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, komitə birinci divizionun XVII turunda baş vermiş neqativ hallara hüquqi qiymət verib.

“Sumqayıt-2” – MOİK oyununda xərəkdaşıyanların yaş həddi pozulduğu üçün meydan sahibləri 80 manat məbləğində cərimələnib.

“Sabah-2”ın hücumçusu Kamran Quliyev “Turan Tovuz”la səfər görüşündə qeyri-etik ifadəyə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalandırılıb, klubu 160 manat cəriməyə məruz qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?