“Zaqatala”nın yeni tapdığı sponsora AFFA-dan ŞOK TƏLƏB!

15 Mart 2021 16:00 I Divizion 2 991
“Zaqatala”nın yeni tapdığı sponsora AFFA-dan ŞOK TƏLƏB!

AFFA rəhbərliyi növbəti dəfə vəd verib ki, çempionatda komandaların sayı artırılacaq.

Mövsüm son yaxınlaşdıqca, Premyer Liqaya hansı komandaların buraxılacağı da geniş müzakirə mövzusuna çevrilir.

Bir müddət əvvəl məlumat yayılıdı ki, 3 klub – “Kəpəz”, “Turan Tovuz” və “Zaqatala” elitada oynamaq üçün AFFA-ya müraciət edib.

Sportinfo.az məsələ ilə bağlı ilginc məlumat əldə edib. Məsələ burasındadır ki, elitada oynamaq üçün müraciət edən klublardan ikisinin – “Kəpəz” və “Turan Tovuz”un maliyyə məsələsi həllini tapmayıb.

Yəni bu komandalar AFFA tərəfindən maliyyələşdirilməyə ümid bəsləyirrlər.

Yalnız “Zaqatal” bu məsələni yoluna qoymaq üzrədir. Bölgə təmsilçisi sanballı sponsor tapıb. Bu sponsor Rusiyada yaşayan iş adamıdır. Redaksiyamıza onun ad və soyadı da məlumdur. Amma bəlli səbəblərdən hələ ki, açıqlamaq istəmirik.

Buraada diqqəti çəkən əsas məsələ AFFA-nın davranışıdır. “Zaqatala”nı himayəsinə gbtürmək niyyəti olan iş aadamı klub elitada oynayacağı halda, 4 milyon manat büdcə ayıracağı ilə bağlı federasiyaya təminat verib. Amma qurumun planı tamamilə fərqlidir.

Əldə etdiyimiz məlumata görə, federasiya sponsordan tələb edib ki, “Zaqatala”da onların adamı rəhbər postda olmalıdır. Xüsusən də maliyyə məsələsi Bakıdan göndəriləcək şəgxsin nəzarətinə verilməlidir.

Amma sponsor bu şərti qəbul etməyib. Bildirib ki, AFFA-nın nəzarətində olan klublarda baş verən yeyintilərdən xəbərdardır.

Ona görə də ayırcağı vəsaitin taleyindən əminlik üçün klubda öz adamının olmasını istəyir. Sponsor bildirib ki, o, vəsaiti Zaqatala futbolunun inkişafı üçün ayrır, başqa bir məqsəd güdmür, buna ehtiyacı da yoxdur.

Məlumata görə, hələlik danışıqlar bu mərhələdə dayanıb. Ancaq hiss olunur ki, AFFA ya “Zaqatala”da öz adamının olmasını istəyir, ya da ciddi sponsor tapılmasına rəğmən, klubun elitaya buraxılmasına mane yaradacaq.

“Zaqatala”nın hazırkı rəhbərliyi vəziyyətdən çıxış yolları axtarır. Onlar federasiyaya təsir edə biləcək variantlar üzərində düşünür.

Məsələni diqqətdə saxlayacağıq. Razılıq verəcəyi təqdirdə, “Zaqatala”nın sponsorunun da fikirlərini dərc edəcəyik. Amma görünən odur ki, “sahibkarlar futbola yatırım etmirlər” iddiası əsassızdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!