"Zirə" REZONANS doğuran TRANSFERİ RƏSMİLƏŞDİRDİ

26 Oktyabr 2020 16:56 Zirə 897
"Zirə" REZONANS doğuran TRANSFERİ RƏSMİLƏŞDİRDİ

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubun rəsmi “feysbuk“ səhifəsi Sportinfo.az-ın 3 gün öncə yaydığı xəbəri təsdiqləyib.

"Qartallar" Braziliya əsilli milliləşmiş yarımmüdafiəçi Riçard Almeyda ilə anlaşıb. 31 yaşlı oyunçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Azərbaycan millisinin heyətində 22 oyunda 3 dəfə fərqlənən Almeyda daha əvvəl ölkəmizdə "Qarabağ"ın formasını geyinib. O, həmçinin Braziliyanın "Sante Andrade", Portuqaliyanın "Jil Visente", Qazaxıstanın "Astana" və Küveytin "Baniyas" klublarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM