"Zirə"nin ən uğurlu iki transferindən biri çempion kluba keçdi

7 Avqust 2020 20:40 Zirə 1 443
"Zirə"nin ən uğurlu iki transferindən biri çempion kluba keçdi

Bu yay "Zirə"dən ayrılan Riçard Qadze özünə yeni klub tapıb.

Sportinfo.az-n məlumatına görə, qanalıı hücumçu karyerasnı Moldovada davam etdirəcək.

25 yaşlı afrikalı bu ölkənin dəyişməz çempionu olan "Şerif"lə müqavilə imzalamağa çox yaxıındır. O, tibbi baxıışdan uğurla keçərsə, böyük ehtimalla, 2 illik müqavilə imzalayacaq.

Qadze ötən mövsüm "Zirə"də 11 oyun keçirib, 3 qol və 6 assistlə yadda qalıb. Qanalı "Zirə" tarixində ən çox qol vuran 2-ci futbolçudur. Aktivində 13 qolu olan hücumçu lider Nelson Bonilyadan 1 top geridədir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!